BMU-nun əməkdaşlarının məqaləsi “Scopus” indeksli jurnalında
Xırdalan, 1 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəhriyar Muxtarov və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elsevər İbadov tərəfindən yazılan "The effectiveness of ex change rate channel in Azerbaijan: An Empirical Analysis" adlı məqalə “Banks and Bank Systems” jurnalının 2019-cu il 1-ci sayının 14-cü buraxılışında nəşr edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, sözügedən jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir.
Məqalədə Azərbaycanda məzənnə kanalının səmərəliliyi 2001-2017-ci illərə aid rüblük statistik məlumatlardan istifadə edilərək VAR metodu ilə analiz olunub. Analizin nəticəsinə əsasən, ölkəmizdə məzənnə kanalının effektivliyi təsbit edilib.