BMU-nun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
Universitet əməkdaşları abidənin önünə gül dəstələri düzərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıblar.