BOKSÇULARIMIZ BEYNƏLXALQ TURNİRDƏ UĞUR QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərində keçirilən gənclər arasında IV beynəlxalq boks turniri başa çatmışdır. Stalinqrad vuruşmasının ildönümünə həsr olunmuş bu mötəbər yarışlarda Rusiya, Azərbaycan, Belarus, Kuba, Almaniya, İrlandiya, Qazaxıstan, Litva, Moldova və Ukraynadan 105 boksçu qələbə uğrunda mübarizə aparmışdır.
Turnirdə ölkəmizi təmsil edən 6 gənc boksçudan ikisi Vətənə medalla dönmüşdür. Yeniyetmələr arasında dünya və Avropa çempionu Samir Məmmədov (51 kq) qarşılaşdığı üç rusiyalı boksçunu asanlıqla məğlub edərək, finala çıxmışdır. Bu mərhələdə Samir Məmmədov Kuba çempionu İqlesiya Şolotonqo Ronieli 23:18 xal hesabı ilə məğlub edərək, qızıl medala sahib olmuşdur. Azərbaycan çempionu Məmməd Əhmədov (48 kq) yarımfinalda dünya çempionatının gümüş medalçısı rusiyalı Sergey Vodopianova uduzaraq, üçüncü yer tutmuşdur.
Natiq Alışov (64 kq) və Teymur Əsgərov (75 kq) ilk döyüşlərini uğurla keçirsələr də, yarışların dörddəbir final mərhələsində yerli boksçulara uduzaraq, 5-ci yerlə kifayətlənməli olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]