Boksçularımız Dağıstanda 3 medal qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.
Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]