Boksçularımız MDB Oyunlarında mübarizəyə başlayırlar
Bakı, 2 sentyabr, AZƏRTAC
Rusiyanın Kazan şəhərində keçiriləcək birinci MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, püşkə əsasən, yeniyetmələrdən ibarət millimizin üzvlərinin də rəqibləri bəlli olub. Belə ki, oğlanların yarışında dörddəbir finalda Ramal Yolçuyev (46 kq) Temirxan Daniyarov (Qırğızıstan), Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus), İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonov (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanov (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsov (Belarus) ilə mübarizə aparacaqlar.
Qız boksçular arasında təşkil olunacaq yarışda isə yarımfinal mərhələsində Aysu İsmayılova (48 kq) Anita Adişeva (Qazaxıstan), Qızbəs İsgəndər (57 kq) Rano Muratbayeva (Özbəkistan), Emili Rzayeva (63 kq) Kristina Qalkina (Rusiya) ilə qarşılaşacaqlar.
Sentyabrın 2-də start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final qarşılaşmaları baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]