Boksçularımız Tokio Olimpiadasına hazırlığı İtaliyada davam etdirəcəklər
Bakı, 2 iyul, AZƏRTAC
Tokio Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirən kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunda Avropa Olimpiya təsnifat turniri bitdikdən sonra davam etdirilən hazırlığın son mərhələsi İtaliyada yekunlaşacaq.
“Tokio-2020”yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (91 kq-dan yuxarı) heyətində yer aldığı komandamız bu gün Assizi şəhərinə yola düşəcək. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz burada beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda 10-dək ölkənin iştirakı planlaşdırılır. Onların arasında İtaliya, Fransa, Dominikan Respublikası, Hindistan, Kanada və digərləri var.
Boksçularımız Assizidə əsasən, fiziki və taktiki hazırlıq üzərində işləyəcəklər. Toplanışın son mərhələsində sınaq görüşlərinin olması da planlaşdırılır. Yığmamız iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.
Qeyd edək ki, Tokio Olimpiadasının boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Qarşılaşmalar “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]