Boksçumuz Elbrus Kərimli Avropa birinciliyində növbəti qələbəsini qazanıb
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, çempionatda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.
Yığmamızın üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, dörddəbir finalda Mirboran Yıldırımla (Türkiyə) gücünü sınayacaq. Görüş iyulun 27-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]