Bolqarıstan, Yunanıstan, Rumıniya və Serbiya DÇ-2030 üçün birgə sifariş verə bilərlər
Bakı, 2 noyabr, AZƏRTAC
Dörd Balkan ölkəsi 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə sifariş verə bilər.
AZƏRTAC xəbər verir ki, Varnada Bolqarıstan, Yunanıstan və Rumıniyanın baş nazirləri, habelə Serbiyanın prezidenti arasında görüş zamanı bu turnirin təşkilinin mümkünlüyü məsələsini müzakirə ediblər.
Xatırladaq ki, 2018-ci ildə dünya çempionatı Rusiyada keçirilmişdi. Bu, tarixdə ilk və hələlik yeganə haldır ki, turnir Şərqi Avropada keçirilib.
Bundan əvvəl məlum olub ki, Argentina, Paraqvay və Uruqvay DÇ-2030 üçün birgə sifariş verməyi planlaşdırırlar. Bundan əlavə, İngiltərənin ya təkbaşına, ya da Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiya ilə birgə sifariş verməsi variantı da nəzərdən keçirilir.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2022-ci ildə Qətərdə, 2026-cı ildə isə Kanada, Meksika və ABŞ-da keçiriləcək. 2026-cı ildə ilk dəfə olaraq dünya çempionatında 48 komanda iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]