Bolqarıstanda bir gündə koronavirusa 3004 nəfər yoluxub
Sofiya, 7 mart, AZƏRTAC
Bolqarıstanda sutka ərzində 3004 yeni koronavirusa yoluxma halı baş verib.
AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 258 min 385 nəfərə çatıb, 211 min 918 nəfər sağalıb, 10 min 506 nəfər ölüb. Xəstəxanalarda 5463 nəfər yerləşir və 437 nəfər reanimasiyadadır.
Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]