Bolqarıstanda Naxçıvan Muxtar Respublikası haqqında broşür nəşr edilib
Sofiya, 1 dekabr, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi tərəfindən təqdim edilmiş materiallar və fotoşəkillər əsasında ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bolqar və ingilis dillərində muxtar respublikanın 90 illiyinə həsr olunan broşür nəşr edilib. Broşürdə Naxçıvanın tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri, həmçinin şəhərləri və rayonları barədə məlumat verilir. Naxçıvan şəhərinin qədim Azərbaycanın xəzinəsi olduğu, burada Möminə Xatun, Nuh türbələrinin və digər çoxsaylı tarixi abidələrin mövcud olduğu diqqətə çatdırılır. Bundan əlavə, broşürdə Naxçıvanın Azərbaycanın iqtisadi baxımdan inkişaf etmiş bölgələrindən biri olduğu bildirilir, muxtar respublikanın füsunkar təbiətindən ətraflı bəhs edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]