“Borussiya Dortmund” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Almaniyanın “Borussiya Dortmund” klubu UEFA Çempionlar Liqasının III turu çərçivəsində “Sabah”la qarşılaşmadan bir gün sonra Bakıda məşqə çıxıb.
AZƏRTAC Almaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi səhər saatlarında “Qarabağ”ın bazasında təşkil olunub. Ağdam təmsilçisi “Azersun Arena”nı məşq üçün Dortmund klubunun istifadəsinə verib.
“Sabah”la görüşdə ehtiyatda qalan futbolçular oyun simulyasiyası üzrə məşq ediblər. Start heyətində meydana çıxan oyunçular isə bərpa məşqi keçiblər.
Məşqdən sonra “Borussiya Dortmund” komandası birbaşa hava limanına yollanıb.
Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.