Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalova Belarus Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransında iştirak edib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında Aydan Zeynalova “Ətraf mühitin yabanı nar bitkisində ikincili metabolitlərin toplanmasına təsiri” mövzusunda onlayn çıxış edib. Çıxışın sonunda gənc alim beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, bir sıra ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfrans öz işini 5 seksiyada sentyabrın 29-dək davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]