Böyük Britaniya Kralı Pasxa mərasimində ilk dəfə olaraq monarx kimi iştirak edib
Bakı, 9 aprel, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz Pasxa mərasimində ilk dəfə olaraq monarx kimi iştirak edib. İbadət London yaxınlığındakı Berkşirdə, Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində keçirilib.
AZƏRTAC Britaniya KİV-ə istinadla xəbər verir ki, Kral III Çarlzı onun həyat yoldaşı Kamilla, böyük oğlu - taxtın varisi Uels şahzadəsi Uilyam və ailəsi, həmçinin onun bacısı Şahzadə Anna və hər iki qardaş - şahzadələr Endrü və Edvard ailələri ilə birlikdə müşayiət ediblər.
Bu il aprelin 9-da katoliklər və protestantlar tərəfindən qeyd olunan Pasxa bayramı III Çarlzın tacqoyma mərasiminə bir aydan az qalmış vaxtda baş tutub. Tacqoyma mərasimi mayın 6-na planlaşdırılıb və Londondakı Vestminster abbatlığında 2000 nəfərin iştirakı ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]