BÖYÜK BRİTANİYA MÜSƏLMANLARI TERROR QƏSDİ HAZIRLANDIĞINA İNANMIRLAR
Əvvəla, çoxları bundan ehtiyatlanır ki, bu hadisədən sağ radikal qruplaşmalar terror təhlükəsinin potensial mənbəyi kimi müsəlman cəmiyyətinin mənfi obrazını yaratmaq üçün istifadə edə bilərlər. Bunu Britaniya Müsəlmanlar Şurasının mətbuat katibi İnayət Bunqlavala bildirmişdir. O demişdir: “Əvvəllər biz polisin bu cür genişmiqyaslı reydləri zamanı adamların heç bir ittiham təqdim edilmədən həbsə alınmasının dəfələrlə şahidi olmuşuq”.
Məsələn, iyunun 2-də Britaniya polisi Londonun şərqində evlərdən birində müsəlman terrorçuların kimyəvi silah istehsalı müəssisəsi yaratdığından şübhələnərək, orada ucdantutma yoxlama keçirmişdir. Amma reyd zamanı terrorçuluq fəaliyyətini sübut edən heç nə tapılmamışdır.
İslam İnsan Hüquqları Komissiyasının nümayəndəsi Fəhad Ənsari isə demişdir: “Bu cür çuğulluqlar həddindən çox olmuşdur və ancaq kütləvi isteriya doğurur”. O, nəzərə çarpdırmışdır ki, qəsdin üstünün açılması ilə bağlı bütün bu həngamələrin məhz indi başlanması əsla təsadüfi deyildir, çünki hökumətə cəmiyyətin diqqətini İsrailin Livana qarşı getdikcə daha çox pislənilən təcavüzündən və Britaniyanın İsraili dəstəkləməsindən yayındırmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]