Böyük Britaniyada 22 milyondan çox insana koronavirus peyvəndinin birinci dozası vurulub
London, 7 mart , AZƏRTAC
Böyük Britaniyada 22 milyondan çox insan koronavirus peyvəndinin birinci dozası , 1 milyon 890 min 840 nəfərə isə ikinci dozası vurulub.
AZƏRTAC xəbər verir ki, növbəti həftədən etibarən ölkədə 56- 59 yaşarası şəxslərə peyvəndin birinci dozası vurulacaq.
Bununla belə ölkədə koronavirusa yoluxma və ölüm hallarında da azalma müşahidə edilib. Ümumilikdə isə Böyük Britaniyada 4 milyondan çox insan koronavirusa yoluxub, təxminən 125 min insan isə həyatını itirib.
Xatırladaq ki, Avropada koronavirusdan ən çox zərər çəkən ölkə Böyük Britaniya olub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]