Böyük Britaniyanın ilk kiçik nüvə elektrik stansiyası Uelsdə inşa olunacaq
London, 13 noyabr, AZƏRTAC
Böyük Britaniyada ilk dəfə kiçik modul reaktorlarla təchiz olunmuş nüvə elektrik stansiyası Uelsin şimal sahilində yerləşən Anglesey adasında tikiləcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, layihə çərçivəsində ilkin mərhələdə 3 kiçik modul reaktor qurulacaq, lakin gələcəkdə bu sayın 8-dək artırılması mümkündür. Tikinti işlərinə gələn il başlanması planlaşdırılır və stansiyanın 2030-cu ilin ortalarında enerji istehsalına başlaması nəzərdə tutulur.
Böyük Britaniya hökumətinin 2,5 milyard funt sterlinq dəyərində investisiya etdiyi layihə dövlətə məxsus “Great British Energy-Nuclear” tərəfindən həyata keçiriləcək və təxminən 3 milyon evin enerji tələbatını ödəyəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]