Böyük Qafqazın Azərbaycan hissəsindəki termal və mineral su ehtiyatlarının ilk kompleks tədqiqi aparılıb
Bakı, 31 may, AZƏRTAC
Coğrafiya üzrə fəlsəfə doktoru Aytən Namazovanın “Böyük Qafqazın termal və mineral su ehtiyatlarının iqtisadi-coğrafi qiymətləndirilməsi” monoqrafiyası çap olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Böyük Qafqazın Azərbaycan hissəsində yerləşən iqtisadi-coğrafi rayonlarında termal və mineral su ehtiyatları iqtisadi və sosial coğrafi istiqamətdə tədqiq olunub, onun təsərrüfat baxımından qiymətləndirilməsi aparılıb, inkişaf xüsusiyyətlərinin aşkar edilməsinin müasir təhlili verilib və suların insan sağlamlığına təsir yolları, potensial imkanları iqtisadi və sosial-coğrafi aspektdə müəyyən olunub.
Monoqrafiyadan magistrlər, doktorantlar və mütəxəssislər istifadə edə bilərlər.
Qeyd edək ki, monoqrafiyada Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq əsasən Böyük Qafqazın Azərbaycan hissəsində yerləşən Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi-coğrafi rayonlarındakı termal və mineral suların ərazi təşkilinin iqtisadi-coğrafi baxımdan kompleks tədqiqi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]