BÖYÜK QRİP EPİDEMİYASI MEYDANA ÇIXA BİLƏR
AzərTac-ın xüsusi müxbiri xəbər veriri ki, Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatının iclasında yaxın vaxtlar böyük qrip epidemiyasının başlaya biləcəyi bildirilmiş və öncədən müvafiq tədbirlər görülməsinin vacibliyi vurğulanmışdır. Dünyada təxminən hər 27,6 ildən bir böyük qrip epidemiyalarının qeydə alındığını nəzərə çarpdıran virusoloqlar son epidemiyanın 1918-1919-cu illərdə baş verdiyini xatırladırlar. O zaman dünyada qrip virusundan 40-45 milyon adam həlak olmuşdur. Hazırda tibb mərkəzlərində meydana çıxacaq yeni qrip viruslarına qarşı təsirli preparatlar yaradılması ətrafında araşdırmalar aparılır.