Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Zəfərə aparan mübarizənin ilk günü

Böyük Zəfərə aparan mübarizənin ilk günü

Bakı, 27 sentyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə daha geniş miqyasda Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə qarşı hərbi təxribata əl atdılar. Onlar iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə başladılar. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin erməni atəşlərinə məruz qalması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Bu hərbi təxribatla bağlı Müdafiə Nazirliyinin mətbuat mərkəzinin ilk məlumatı həmin gün səhər saat 07.30-da yayıldı. Məlumatda bildirilirdi ki, bu təxribatın qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün ön xətdə yerləşən hərbi qüvvələr tərəfindən dərhal qətiyyətli cavab tədbirlərinin görülməsinə başlanılıb.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun “Böyük Zəfərə aparan mübarizənin ilk günü” adı məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev erməni silahlı qüvvələrinin yeni hərbi təxribatı haqqında məlumat alan kimi, Müdafiə Nazirliyinin, habelə digər aidiyyəti üzrə qurumların rəhbərliyinə bu hərbi təxribatın qarşısının alınması üçün qətiyyətli cavab tədbirlərinin görülməsi haqqında göstəriş verdi. Elə həmin gün İlham Əliyev bu hadisə ilə bağlı radio və televiziya vasitəsilə xalqa müraciət etdi, Təhlükəsizlik Şurasının iclasını çağırdı. Dövlət başçısı Ermənistanın bir neçə istiqamətdən, ağır silahlardan istifadə olunması ilə başladığı yeni hərbi təxribatı planlaşdırılmış və məqsədyönlü bir təxribat kimi qiymətləndirdi. O qətiyyətlə bəyan etdi ki, bu hərbi təxribatların qarşısı alınacaq və təcavüzkar dövlət dayandırılacaq.

Ali Baş Komandan İlham Əliyevin qərarı əsasında Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Müdafiə Nazirliyinin məlumatına görə, hücum əməliyyatının elə ilk saatlarından da Ordunun şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi hədəflərini və döyüş texnikasını aşkar edərək məhv etdilər. Ermənilərə məxsus həmin hərbi texnika arasında Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi də var idi.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlıca olaraq cəbhənin üç - Ağdam-Tərtər, Murovdağ və Füzuli-Cəbrayıl istiqamətlərindən həyata keçirilməyə başlandı. Bu istiqamətlərin seçilməsi heç də təsadüfi deyildi. Düzgün qurulmuş taktika ilə həmin istiqamətlərdə düşmənə ağır zərbə vurulması qarşıda duran əməliyyat-strateji vəzifələrin həllinə yol aça bilərdi.

Cəbhəboyu həyata keçirilən əks-hücum əməliyyatları ilə Vətən müharibəsi adı almış 44 günlük müharibə başladı. Bu savaş bütün parametrlərinə görə Azərbaycan üçün Vətən müharibəsi idi. Qarşıya qoyulan məqsəd isə işğal altındakı ərazilərin beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsi, respublikamızın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünün təmin olunması idi. Beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü illərdə qəbul etdiyi dörd qətnamənin tələblərinə məhəl qoymayan Ermənistan üçün isə bu müharibə işğalçılıq siyasətinin davamı idi.

Müharibənin elə ilk günündən də Ordumuzun hissə və bölmələri təmas xətti boyunca xüsusi möhkəmləndirilmiş müdafiə xətlərinə malik erməni mövqelərinin üzərinə sürəkli hücuma keçdi. Bütün istiqamətlərdə aparılan döyüşlərdə elə ilk anlardan da Azərbaycan Silahlı Qüvvələrinin hissə və bölmələri hərbi təşəbbüsü ələ alaraq erməni hərbi qüvvələrinə ağır zərbələr vurdu. Günün birinci yarısında artıq bəzi istiqamətlərdən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə, Vətən müharibəsinin elə ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad olunması ilə Ağdərə-Vardenis avtomobil yolu Azərbaycan Ordusu hissələrinin nəzarəti altına keçdi. Həmin yaşayış məntəqələri Vətən müharibəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldu.

Bu məntəqələrin azad edilməsindən əlavə, erməni hərbi qüvvələrinin atəş mövqelərinə və texnikasına da sarsıdıcı zərbə endirildi. Müharibənin elə ilk gününün nəticələri göstərdi ki, güclü olması haqqında mif yaradılmış Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti qarşısında gücsüz və acizdir. Mütəxəssislər də qeyd edirdilər ki, öz gücünə yersiz arxayınçılığa varmış Ermənistan ordusu yeni başlanan müharibədə XX əsrin 90-cı illərinin hərbi taktikasından istifadə edirdilərsə, Azərbaycan XXI əsrin müharibəsinin aparılmasına qadir olduğunu nümayiş etdirdi. Erməni hərbi ekspertləri də etiraf etdilər ki, Azərbaycan tərəfi bu müharibənin gedişində kontaktsız döyüşlər aparmaq məharətini nümayiş etdirdiyi halda erməni generalları hələ də XX əsrin 90-cı illərində ilişib qalmışdılar və onlar yeni reallıqlardan xəbərsiz idilər. Bu isə aparılan döyüşlərin nəticəsində özünü göstərirdi.

Şimal istiqamətində aparılan döyüşlərə əsasən Azərbaycanın dağ-piyada bölmələri və xüsusi təyinatlı qüvvələr cəlb edilmişdi. Bəzi məlumatlara görə bu bölmələrin döyüş mövqelərinə atılmasında helikopterlərdən də istifadə olunmuşdu. Bu bölmələrin fəaliyyəti raket-artilleriya qüvvələri, zirehli texnika və uçuş aparatları tərəfindən də müşayiət olunurdu. Pilotsuz uçuş aparatları və raket-artilleriya qurğuları bu istiqamətdə yerləşmiş erməni mövqelərinə və hərbi texnikasına güclü zərbələr vurdular. Həmin istiqamətdə hücumun coğrafiyasının genişləndirilməsi üçün zirehli texnika və mühəndis bölmələri mina sahələrinin təmizlənməsi işini öz öhdəsinə götürdülər. Bu zaman Azərbaycan zirehli texnikasından bəzilərinin mina sahələrində partlaması hallarının olduğu bildirilir. Erməni təbliğat maşını bu hadisəni erməni hərbi qüvvələrinin böyük uğurlarından biri kimi qələmə versə də, Azərbaycan hərbi qüvvələri bu təşəbbüsü bütünlüklə öz əllində saxlaya bildi. Bu zaman hətta müqavimət göstərməyə çalışan erməni zirehli bölmələri də ciddi itkilərlə rastlaşdılar. Döyüşlərin ilk günündən başlayaraq Azərbaycan Hərbi Qüvvələrinin komandanlığı həm də bölgədə yerləşdirilmiş erməni hava hücumundan müdafiə vasitələrinin və radio-elektron mübarizə vasitələrinin məhv edilməsinə xüsusi diqqət yetirdi. Bu məqsədlə həm pilotsuz uçuş aparatları, həm də raket-artilleriya qüvvələri işə salındı. Erməni hərbi qüvvələrinə məxsus hava hücumundan müdafiə və radio-elektron mübarizə vasitələrinin davamlı olaraq məhv edilməsi isə pilotsuz zərbə uçuş aparatlarının daha sərbəst və maneəsiz fəaliyyəti üçün münasib şərait yaratdı. Böyük Zəfərə aparan müharibənin elə ilk günü erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi hava hücumundan müdafiə qüvvələrinə məxsus hərbi texnikasının 60 faizi məhv edildi və bununla hava məkanında üstünlük qazanıldı.

Erməni hərbi mənsubları birmənalı şəkildə Azərbaycan Ordusu tərəfindən yuxarıda adları çəkilən yaşayış məntəqələrinin və Murov yüksəkliyinin azad olunmasını da inkar edirdilər. Bununla belə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri döyüşlərin elə ilk günündə 31 hərbçinin öldürüldüyünü etiraf etməli oldular. Bu itkilər sonradan daha da artdı və nəticədə Ermənistan ordusuna son dərəcə ağır zərbə vuruldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, müharibənin ilk günündən başlayaraq Azərbaycanın Hərbi Qüvvələri yalnız irəli hərəkət etdilər və 44 günün tamamında böyük Zəfəri Azərbaycan xalqına bəxş etdilər. Azərbaycanın dövlət rəhbərliyi, xalqı və Ordusu dəmir yumruğa çevrilərək tariximizə heç vaxt dəyərini itirməyəcək səhifə yazdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Omuralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb