BRAZİLİYA FUTBOLÇUSU OYUN ZAMANI ÜRƏK DAYANMASINDAN KEÇİNMİŞDİR
San-Paulu şəhərində keçirilən oyunun ikinci hissəsində “San-Kaetanu”nun müdafiəçisi Serjinyo qəflətən yıxılaraq özündən getmişdir. Həkimin sözlərinə görə, 30 yaşlı oyunçunun ürəyi dayanmışdı. Futbolçunu təcili surətdə şəhər xəstəxanasına aparmışlar, lakin o, özünə gəlmədən keçinmişdir.
Serjinyonu “təcili yardım” maşınında meydandan apardıqdan sonra hər iki komandanın kapitanları məsləhətləşərək, oyunu dayandırmaq qərarına gəlmişlər. Hələ bir neçə dəqiqə əvvəl qələbə uğrunda bir-biri ilə mübarizə aparan futbolçular meydanın mərkəzində qol-qola girib dairə yaratmış və özlərinin həmkarının sağalması üçün dua etmişlər.