Brüsseldə Avropa İttifaqının sammiti keçirilir
Berlin, 28 iyun, AZƏRTAC
Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçılarının ikigünlük görüşü keçirilir. AZƏRTAC xəbər verir ki, bu sammit qaçqınlar probleminin Aİ səviyyəsində beynəlxalq həllinə nail olmaq üçün Almaniya kansleri Angela Merkelin son imkanı ola bilər. Əks halda AFR-in daxili işlər naziri yaranmış vəziyyəti öz daxili tədbirləri ilə tənzimləyəcək.
Problemin əsas subyekti sənədi olmayan, yaxud Aİ-nin digər ölkələrində, xüsusilə İtaliyada qeydiyyatdan keçmiş, lakin Almaniyada sığınacaq almaq ümidi ilə Avropanın şimalına hərəkət edən qaçqınlardır. Məsələ ilə bağlı Aİ çərçivəsində yaxın günlərdə təsirli tədbirlər görülməsə, növbəti həftədən Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkənin cənub sərhədini bu miqrantların üzünə bağlamaq niyyətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]