BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 min 766 şagird təhsil alacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 505 min 766 şagirdin təhsil alacağı gözlənilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bu məktəblərin I sinfində 39 min 622, IX sinfində 47 min 438, XI sinfində 35 min 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 min 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinə isə 35 min 28 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 127 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 149 tərbiyəçi-müəllim çalışır. BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]
Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı
- 08.06.2026 [10:40]
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
- 08.06.2026 [10:38]
DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
- 08.06.2026 [10:33]