BU DÜNYADA BİR VAQİF MUSTAFAZADƏ VARDI...
Bu barədə martın 15-də respublikanın əməkdar artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin doğum günü ilə əlaqədar onun ev-muzeyində keçirilmiş xatirə gecəsində danışılmışdır.
Muzeyin elmi işçisi Rəna Mustafayeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gecədə çıxış edən natiqlər Vaqif Mustafazadənin öz orijinal üslubunu yaratmasından, ölkəmizin caz musiqisində aparıcı mövqe tutmasından danışmış, xatirələrini söyləmişlər.
Sonra unudulmaz sənətkarın lent yazıları səsləndirilmiş, sənədli ekran əsərləri nümayiş etdirilmiş, V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin iştirakı ilə konsert olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]