REGİONLAR
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
![](/files/galleryphoto/2023/2/1200x630/1686754106270750383_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867541064410139289_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867541061990641596_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867541062900147630_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867541065194361444_1200x630.jpg)
Biləsuvar, 14 iyun, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirib ki, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir: "Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.
Qeyd edilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.