Bu il ali təhsil müəssisələrinə 6461 subbakalavr qəbul olub
Bakı, 26 avqust, AZƏRTAC
Bu il subbakalavrlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul ola biliblər. Ümumilikdə, 6461 subbakalavr ali təhsil müəssisələrinə qəbul olub və bu, ötənilki göstəricidən 826 nəfər azdır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olublar. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olanların 47.75 faizi, Azərbaycan Texnologiya Universitetinə qəbul olanların 42.04 faizi subbakalavrdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]