Bu il havaya atılan karbon qazı rekord səviyyəyə çatacaq
Bakı, 5 dekabr, AZƏRTAC
Kömür və qaz kimi ənənəvi yanacaqlardan istifadə zamanı atmosferə atılan zərərli karbon qazı bu il rekord həddə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Global Carbon Project” təşkilatının məruzəsində yer alıb.
Sənəddə qeyd olunur ki, 2023-cü ildə havaya atılan karbon qazının miqdarı təxminən 37 milyard ton təşkil edəcək. Öncəki illə müqayisədə bu göstərici 1,1 faiz artıb. Hindistanda 8,2 faiz, Çində isə 4 faiz artım müşahidə edilib. Eyni zamanda, karbon qazı emissiyası Avropada 7,4 faiz, ABŞ-da 3 faiz azalıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) keçirilir. Dekabrın 12-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]