Bu il Oğuzda tütün əkini sahələri 40 hektar artırılacaq
Oğuz, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Oğuz rayonunda tütün əkini sahələrinin ötən ilə nisbətən 40 hektar artırılaraq, 150 hektara çatdırılması nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən indiyədək 7 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin sonu - mayın əvvəllərində sahələrə köçürüləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkiləcək.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]