Bu ilin on ayında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib
Bakı, 17 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı, Kəlbəcər DOST məntəqəsi açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST modeli əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,6 faizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]