Buğdanın qiyməti beş ayın maksimumuna yüksəlib
Bakı, 25 iyul, AZƏRTAC
Qara dəniz regionundan tədarükün azalması qorxusu buğdanın qiymətinin fevralın ortalarından bəri maksimuma yüksəlməsinə səbəb olub.
AZƏRTAC Financial Times nəşrinə istinadla xəbər verir ki, Çikaqo birjasında buğda fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq 7,7725 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb.
Buğda Rusiyanın taxıl sazişindən çıxması fonunda bahalaşır. Qiymətlərin qalxması Odessa vilayətində obyektlərə raket zərbələri endirilməsi barədə xəbərlərdən sonra sürətlənib.
Qlobal buğda tədarükünün təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşür. Eyni zamanda, ABŞ-ın bir sıra əsas kənd təsərrüfatı regionlarında hökm sürən quraqlıq ölkədə taxıl məhsulu ilə bağlı proqnozların pisləşməsinə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]