Bundestaq ailə birləşməsinin iki il müddətinə dayandırılmasına dair qanunu qəbul edib
Berlin, 27 iyun, AZƏRTAC
Almaniya parlamenti – Bundestaq ölkədə sığınacaq statusuna malik olmayan şəxslər üçün ailə birləşməsinin verilməsini iki illik müddətə dayandırılmasına dair qanunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, koalisiya hökumətində təmsil olunan partiyaların birlikdə təqdim etdiyi qanunun qəbulu zamanı gərgin müzakirələr aparılıb. Daxili işlər naziri Aleksander Dobrindt çıxışında kütləvi miqrasiya qarşısında dövlətin və cəmiyyətin yüklənməsinin qarşısını almaq məqsədi daşıyan bu qanunun Almaniyaya gələnlərin sayının ildə 12 min nəfər azalmasına imkan verəcəyini vurğulayıb.
Qadağa əsasən subsidiar mühafizə hüququna malik şəxslərin ailə üzvlərinə şamil olunur. Bu kateqoriyaya Cenevrə Qaçqınlar Konvensiyası və ya Almaniya qanunlarına görə rəsmi qaçqın kimi tanınmayan şəxslər daxildir. Öz ölkələrində işgəncə, ölüm cəzası və ya qeyri-insani rəftar təhlükəsi ilə üzləşdikləri üçün onlara Almaniyada qalmaq icazə verilir.
Qeyd edək ki, Almaniyadan əvvəl Avstriyada ailə birləşməsi mart ayında dayandırılıb.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]