Cəlilabad sakininin avtomobilindən 1,5 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum edilmiş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan metamfetamin və heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan çox metamfetamin götürülüb.