Cəlilabadda Baharlı tayfasına aid qoç fiquru tapılıb
Cəlilabad, 31 iyul, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda ilk dəfə üzərində Baharlı tayfasının simvolu olan qoç fiquru tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tapıntı rayonun Şatırlı kəndi ərazisində aşkar olunub.
Yerli tarixçi Elşad Əmənov bu qoç fiqurunun xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Bu qoç fiqurunun təqribən 12-ci əsrin sonu, 13-cü əsrin əvvəlinə aid olduğunu güman edirəm. Ərazidə ilk dəfə tapılan bu qoç fiquru Baharlı tayfalarına aiddir”, - deyə tarixçi qeyd edib.