Cəlilabadda istiqlal mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Cəlilabad, 20 yanvar (AZƏRTAC). Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında qanlı 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abidənin önünə gül dəstələri düzmüş, istiqlal mücahidlərinin xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Toplantıda çıxış edənlər 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulamış, xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən daim qayğı göstərildiyini diqqətə çatdırmışdır.
Tədbir rayon mədəniyyət evində davam etdirilmişdir.
Mərasimdə rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında qanlı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, şəhid və 20 Yanvar faciəsi qurbanlarının ailələrinə, Qarabağ müharibəsi əlillərinə maddi yardımlar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]