CENEVRƏDƏ QIRMIZI XAÇ EMBLEMİNƏ HƏSR OLUNMUŞ KONFRANS AÇILMIŞDIR
Cenevrə Konvensiyasının iştirakçısı olan 192 ölkənin nümayəndələri Qırmızı Xaçın emblemində əlavə, üçüncü işarədən istifadə olunmasına imkan yaradan protokol qəbul etməlidirlər. Hazırda Qırmızı Xaç onun embleminə daxil olan yalnız iki rəmzi – qırmızı xaçı və qırmızı ayparanı tanıyır. Lakin İsrailin “Magen David Adom” kimi bəzi milli xilasetmə xidmətləri mövcud emblemləri tanımır və buna görə də Beynəlxalq Qırmızı Xaç hərəkatına qoşulmaqdan imtina edirlər.
Yeni emblem ağ fonda “qırmızı kristal” adlandırılmış, heç bir milli, dini və mədəni yük daşımayan qırmızı kvadrat ola bilər. Onun qəbul edilməsinə bu il noyabrın 28-də İsveçrədə “Magen David Adom” (MDA) ilə Fələstin Qırmızı Aypara Cəmiyyəti arasında bağlanmış saziş təkan vermişdir. Sənədə görə, MDA Fələstin ərazilərində işləyərkən özünün rəmzindən - David ulduzundan deyil, “qırmızı kristal”dan istifadə etməyə razılıq vermişdir.
Yeni, universal emblemin qəbul edilməsi mövcud rəmzləri tanımaq istəməyən İsrailə, habelə digər ölkələrə Beynəlxalq Qırmızı Xaç hərəkatının tamhüquqlu üzvü olmaq imkanı yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]