Cənubi Koreya və ABŞ Yapon dənizində birgə təlimlərə başlayır
Bakı, 25 sentyabr, AZƏRTAC
Koreya Respublikası və ABŞ hərbçiləri Şimali Koreyadan gələn raket və nüvə təhlükələri ilə mübarizə aparmaq üçün Yapon dənizində doqquz gəminin iştirakı ilə hərbi təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadla məlumat yayıb.
Sentyabrın 27-dək davam edəcək təlimlərdə Cənubi Koreyanın iki sualtı qayığı və “Yulgok Li Yi” esminesi də daxil olmaqla iki təyyarə və doqquz gəmi iştirak edir.
“Təlimlər Şimali Koreyadan gələn raket və nüvə təhdidlərinin effektiv qarşısını almaq, onlara cavab vermək və birgə müdafiəni gücləndirmək imkanı verəcək”, - deyə təlimdə Cənubi Koreya tərəfinə komandanlıq etmək vəzifəsi daşıyan kontr-admiral Kim İn Ho bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]