Cənubi Koreyada zəncirvari qəza: ölən və yaralananlar var
Pekin, 17 noyabr, AZƏRTAC
Cənubi Koreyada yük və yanacaq daşıyan avtomobil daxil olmaqla 13 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza olub.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Sanqcu-Yonçhon magistral yolunda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Qəza yerli vaxtla səhər saat 3 radələrində baş verib.
Polisin məlumatına görə, körpüdə hərəkət zamanı 24 ton yanacaq daşıyan avtomobil 25 tonluq yük avtomobilinin arxasına çırpılıb. Ardınca avtobus, fərdi və yük avtomobilləri daxil olmaqla zəncirvari qəza baş verib. Yük avtomobilindəki metal tikinti materialları qarşı zolaqda hərəkət edən bir neçə avtomobilə çırpılıb. Nəticədə həmin avtomobillərə də ziyan dəyib.
Qəzada 3 avtomobil yanıb. Yanacaq avtomobilindəki neft ətrafa dağılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]