Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 21 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 21-də çaylarda vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazda 65-105, Lənkəran-Astarada 100-140, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 417 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 280 kubmetr olmuşdur.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 277, Salyanda 228, Bankədə 232, Araz çayının Novruzlu məntəqəsində isə 116 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]