Çaylarda suyun səviyyəsi düşmüşdür
Bakı, 7 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 7-də çayların vəziyyətini araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazda 110-165, Lənkəran - 35-95, Naxçıvan MR çaylarında isə 35-40 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 480 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 320 kubmetr olmuşdur.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 412, Şirvanda 281, Salyanda 233, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 156 santimetrdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]