Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 16 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 16-da çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12, Qanıx çayının Əyriçay məntəqəsində isə 3 santimetr azalma müşahidə olunmuşdur.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmamışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 302, Şirvanda 151, Salyanda 81, Bankədə 199, Novruzlu məntəqəsində isə 36 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]