ÇEÇENİSTAN PREZİDENTİ QADIN OLA BİLƏR
AZƏRTAC xəbər verir ki, “Rusiya” telekanalının yaydığı xəbərə görə, Urus-Martan rayonunun sakini Məriyyət Qorçxanova Çeçenistan Prezidenti seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir. O, mayın 25-də respublika seçki komissiyasına seçki kampaniyasına qoşulmaq niyyəti barədə bildiriş gətirmişdir. Rayon administrasiyasının şöbələrindən birinin rəisi işləyən xanım Qorçxanova sənaye, nəqliyyat və rabitə məsələlərinə baxır.
Üç ali məktəb bitirmiş, indiyədək heç bir vəzifə tutmayan işsiz Qroznı sakini Xalit Tagirov da sənədlərini seçki komissiyasına təqdim etmişdir.
Xatırladaq ki, mayın 25-dən Çeçenistanda seçki kampaniyası başlanmış, seçkilər isə avqustun 29-na təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]