ÇELYABİNSKDƏ FƏALİYYƏT GÖSTƏRƏN “OZAN”AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN 9 YAŞI TAMAM OLMUŞDUR
Bakı, 28 aprel (AZƏRTAC). Rusiya Federasiyasının Çelyabinsk vilayətində fəaliyyət göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin 9 yaşı tamam olmuşdur.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, cəmiyyət 1999-cu ildə yaradılmış, 2000-ci ildə rəsmi qeydiyyatdan keçmişdir. Cəmiyyətin sədri, eyni zamanda Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk regional təşkilatının rəhbəridir. On il əvvəl yaranmış “Ozan” artıq inteqrasiya proseslərinin fəal iştirakçısına, Çelyabinskdəki milli-mədəni ictimai təşkilatlar arasında ən təşəbbüskar quruma, eləcə də Rusiyadakı azərbaycanlıların tanınmış təşkilatlarından birinə çevrilmişdir. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədi xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini qoruyub yaşatmaq və təbliğ etmək, soydaşlarımızın müdafiə hüquqlarının təminatına yardımçı olmaq, Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüyən yeni nəslin ana dilimizı, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdir.
Cəmiyyətin internet saytı (www.ozan.ru) və eyniadlı qəzeti var. Bu qəzet Çelyabinskdə KİV-in VIII festivalında “ən yaxşı korporativ qəzet” nominasiyasında 1-ci yerin qalibi olmuşdur.
Bundan başqa, “Ozan” cəmiyyəti bir sıra xeyriyyə tədbirləri də görür. Azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir.
Cəmiyyət “Dostluğun ipək yolu. Mədəniyyətlərin dialoqu. Çelyabinsk-Bakı” adlı kitab da nəşr etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]