ÇEMPİONATIN I TURUNUN OYUNLARI KEÇİRİLMİŞDİR
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Quba Olimpiya Kompleksində kişilərdən ibarət voleybol komandaları arasında 2004-2005-ci il ölkə çempionatının I turunun oyunları başa çatmışdır.
İki qrupda 8 komandanın iştirakı ilə keçən yarışlarda A qrupunda Azərneft-1, B qrupunda isə Metro komandaları birinci yeri tutmuşlar. Oyunlar 6 turda keçiriləcəkdir.