Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib
Bakı, 10 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda Türkiyənin “Qalatasaray” klubu öz meydanında İngiltərə “Liverpul”unu qəbul edib. “Rams Park” stadionunda keçirilən görüş İstanbul nəhənginin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Matçın yeganə qolunu 7-ci dəqiqədə Mario Lemina vurub.
Xatırladaq ki, bu komandalar arasında Liqa mərhələsində baş tutan oyun İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Günün digər matçları saat 00:00-da start götürəcək. Almaniyanın “Bavariya” klubu İtaliyada “Atalanta”nın, İngiltərə “Tottenhem”i İspaniyada “Atletiko Madrid”in, İspaniya “Barselona”sı isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-i və 12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]