Çexiya hərbi büdcəsini artırmağa hazırdır
Praqa, 26 iyun, AZƏRTAC
Baş nazir Pyotr Fiala hökumətin iclasından sonra bildirib ki, Çexiya ÜDM-in 5 faizinə qədər müdafiə xərclərini artırmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, artım barədə qərar bu gün Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitində qəbul edilib. Baş nazirin sözlərinə görə, Çexiya nümayəndə heyətinin hökumət tərəfindən təsdiq edilmiş mandatı ilkin olaraq belə bir artıma razılıq verilməsi imkanını nəzərdə tuturdu. P.Fiala xatırladıb ki, Çexiya hökuməti mart ayında müdafiə xərclərinin 2030-cu ilə qədər tədricən ÜDM-in üç faizinə, hər il 0,2 faiz artırmağa qərar verib. “Əgər biz bunu sonrakı illərə ekstrapolyasiya etsək, o zaman onun tam olaraq necə müəyyən olunduğundan asılı olaraq 2032 və ya 2035-ci ilə qədər 3,5 faiz səviyyəsinə çatmaq bizim üçün çətin olmamalıdır”, - deyə Baş nazir əlavə edib.
Haaqa sammitindən “Reuters” agentliyinin məlumatına görə, NATO müttəfiqləri 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmağı öhdələrinə götürüblər. Onlara yenidən baxılması 2029-cu ildə baş verəcək. Müttəfiqlər həmçinin NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit edilmiş kollektiv müdafiəyə sadiqliklərini bir daha təsdiqləyiblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]