Çexiya və İsrail koronavirus əleyhinə tədqiqatlarda səylərini birləşdirəcək
Praqa, 11 mart, AZƏRTAC
Çexiyada koronavirus əleyhinə dərman işlənib hazırlanıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Baş naziri Andrey Babiş bu barədə İsrailə səfəri ərəfəsində elan edib. Preparatı işləyib hazırlayan Çexiya alimləri bu istiqamətdə fəaliyyət göstərən israilli həmkarları ilə səyləri birləşdirmək məqsədilə görüşəcəklər.
İsraildə hökumət başçıları vaksinin işlənib hazırlanması ilə bağlı elmi tədqiqatların maliyyələşdirilməsində iki ölkənin iştirakı məsələsini müzakirə edəcəklər.
Çexiyanın Baş naziri İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə birgə Təl-Əvivdə yerləşən Çexiya səfirliyinin Yerusəlim şöbəsinin açılışında da iştirak edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]