Çin ABŞ malları üçün idxal rüsumlarını 125 faizə qaldırıb
Pekin, 11 aprel, AZƏRTAC
Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şurasının gömrük tarifləri komissiyası açıqlama yayıb. Bu, Pekinin ABŞ-ın Çin mallarına idxal rüsumlarını artırmasına cavabdır.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien aprelin 11-də gündəlik media brifinqində deyib ki, Çin ticarət və tarif müharibəsini istəmir, amma ondan da qorxmur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da Çin mallarına tətbiq olunan idxal rüsumlarını 125 faizə qaldırdığını açıqlayıb. ABŞ mediası isə Ağ Evə istinadla daha əvvəl tətbiq olunan 20 faizlik rüsumlarla birlikdə Çin malları üçün idxal tariflərinin 145 faiz təşkil etdiyini bildirib.
Ötən il Çinin ABŞ-a ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsində ən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]