ÇİN ALPİNİSTLƏRİ EVERESTİ ZİR-ZİBİLDƏN TƏMİZLƏYƏCƏKLƏR
“Sanitar komandası” əsas etibarilə könüllü ekoloqlar olan 100 nəfərdən ibarətdir. Onlar təmizlik işləri ilə dəniz səthindən 6,5 min metr yüksəklikdə məşğul olacaqlar.
Bəzi məlumatlara görə, orada istifadə olunmuş oksigen balonlarından tutmuş pivə şüşələrinədək ən müxtəlif mənşəli 600 tona yaxın zibil yığılmışdır.
Təbii ki, çinlilər bu tullantıların hamısını yığıb gətirə bilməyəcəklər. Lakin ÇXR Elmi Ekspedisiyalar Assosiasiyasından olan təşkilatçıların fikrincə, ən başlıcası diqqəti bütün Himalay dağ massivi ekologiyasının vəziyyəti probleminə cəlb etməkdir.
Hündürlüyü 8848 metr olan Everestə 1921-ci ildən 1960-cı ilədək yalnız 15 ekspedisiya təşkil edilmişsə indi də hər il təxminən 20 min adam “dünyanın damı”na qalxmağa, yaxud heç olmazsa, ona yaxınlaşmağa cəhd göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]