Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası başa çatıb
Pekin, 11 mart, AZƏRTAC
Çinin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, martın 11-də sessiyanın son iclasında hökumətin hesabatı və iş planı, ölkənin iqtisadi və sosial inkişafı üzrə 14-cü beşillik plan (2021-2025), habelə 2035-ci ilədək inkişaf hədəfləri təsdiqlənib. İclasda Honkonq xüsusi inzibati ərazisində seçki sisteminin təkmilləşdirilməsinə dair qərar səs çoxluğu ilə qəbul olunub.
Qeyd edək ki, 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyası martın 5-də işə başlayıb.
Çin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir.
Çin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə adətən martın əvvəlində keçirilir. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]