Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb
Pekin, 4 mart, AZƏRTAC
Pekində 13-cü Çin Xalq Siyasi Məşvərət Şurasının 4-cü illik sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.
Sessiyanın gündəliyi təsdiq olunduqdan sonra şuranın sədri Van Yan qurumun illik hesabatını təqdim edib. Bir həftə davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.
Qeyd edək ki, Çin siyasi sisteminin vacib orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət və dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.
Şuranın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində, ölkənin qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası ilə paralel keçirilir. Yığıncağın illik sessiyası martın 5-də başlayacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]