ÇİNDƏ DÜNYADA ƏN HÜNDÜR TELEVİZİYA QÜLLƏSİNİN İNŞASINA BAŞLANILMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Çinin cənubundakı Quançjou meqapolisində dünyada ən hündür televiziya qülləsinin inşasına başlanılmışdır. Konstruksiyanın hündürlüyü 610 metr olacaqdır.
Qüllənin özünün hündürlüyü 450 metrə çatacaqdır. Onun zirvəsində ucaldılacaq 160 metrlik dirəyə verici cihazlar bərkidiləcəkdir. Dəyəri 2,2 milyard yuan (270 milyon ABŞ dollarından artıq) olan layihəni 2009-cu ilədək başa çatdırmaq nəzərdə tutulmuşdur.
Hazırda dünyada ən hündür televiziya qülləsi Kanadanın Toronto şəhərindədir (553 metr).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]